Sumqayıtda polis əməkdaşı ehtiyatsızlıqdan özünü silahla vurub

Sumqayıtda polis əməkdaşı ehtiyatsızlıqdan özünü silahla vurub
# 18 iyul 2019 21:26 (UTC +04:00)

Sumqayıtda polis əməkdaşının silahla ehtiyatsız davranması ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşı, polis baş leytenantı Rəhman Hüseynli tabel silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR