Şüvəlanda açıq ərazidə məişət tullantıları yanır

Şüvəlanda açıq ərazidə məişət tullantıları yanır
# 02 oktyabr 2022 15:31 (UTC +04:00)

Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR