Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
11.10
Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.
APA-nın xəbərinə görə, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Atayev Vidadi Samir oğlu 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun əməkdaşı Aslan Qiyaslı APA-ya bildirib ki, Atayev Vidadi Samir oğlunun itkin düşməsi barədə 16 avqustda Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.
Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.
Emin Babayev
Əbülfət Baxşəli