Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
# 03 iyun 2023 09:32 (UTC +04:00)

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, 1992-ci il təvəllüdlü Məmmədov Orxan Elqam oğlu Şəhriyar küçəsində idarə etdiyi "Hundai Santafe" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1966-cı il təvəllüdlü Aşağı Öysüzlü kənd sakini Sadıqova Lalə Qoca qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR