Tovuzda evdən 27 min manatlıq oğurluq olub

Tovuzda evdən 27 min manatlıq oğurluq olub
# 29 aprel 2022 13:53 (UTC +04:00)

Tovuz rayonunda evdən ooğurluq edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 22.000 manat pul və 5600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Samux rayon sakini V.Kərimov saxlanılıb. Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR