Tovuzda minik maşını işıq dirəyinə çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO

Tovuzda minik maşını işıq dirəyinə çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO  - VİDEO
# 23 yanvar 2023 20:12 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR