Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 11 iyun 2022 09:44 (UTC +04:00)

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 10-u axşam saat 22 radələrində rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.

Balakən rayon sakini 1957-ci il təvəllüdlü Şahruddin Nəcməddin oğlu Yüzbaşovun idarə tediyi “VAZ 21011” markalı minik avtomobili ilə Zaqatala rayon sakini Əhməd Qulməhəmməd oğlu Qurbanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan N. Yüzbaşov və VAZ 2106 markalı avtomobildə olan sərnişin Zaqatala rayon sakini Rahilə Süleyman qızı Qurbanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR