Zaqatalada yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri Kür-Araz adlanan yaşayış masivində baş verib.
Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini, 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır