Zaqatalada əncir ağacından yıxılan kişi ölüb

Zaqatalada əncir ağacından yıxılan kişi ölüb
# 21 avqust 2019 16:29 (UTC +04:00)

Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini, 1983-cü il təvəllüdlü Elşad Arzuman oğlu Atayev bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E. Atayev avqustun 15-i yaşadığı ünvanda əncir ağacından yıxılıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR