Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - VİDEO
# 16 iyul 2022 12:11 (UTC +04:00)

İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR