Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək
# 11 noyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Dekabrın 7-dən 13-dək Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası keçiriləcək. Bu barədə APA-ya NİSA-dan məlumat verilib.

«Kiber təhlükəsizlik» mövzusunda keçiriləcək sessiyada NATO-nun kiber müdafiə konsepsiyaları , beynəlxalq kiber təhlükəsizlik, mövcud problemlərdən çıxış yolları müzakirə ediləcək. Tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən, həmçinin alyansın müvafiq strukturlarından rəsmi şəxslərin məruzəçi qismində iştirakı gözlənilir.

Tədbir NİSA, Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsi tərəfindən birgə təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR