ANAMA: Minatəmizləmə sahəsində beynəlxalq dəstək istədiyimiz səviyyədə deyil

ANAMA: Minatəmizləmə sahəsində beynəlxalq dəstək istədiyimiz səviyyədə deyil
# 17 noyabr 2022 12:32 (UTC +04:00)

"Beynəlxalq dəstək istədiyimiz səviyyədə deyil. Proses çox ləng gedir".

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"Biz ANAMA olaraq müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə işlər aparırıq və ümid edirik ki, yaxın gələcəkdə bu dəstəyin miqyası böyüyəcək" - o qeyd edib.

V.Süleymanov deyib ki, Laçın rayonu ərazisində 2021-ci il Ermənistan istehsalı olan piyada əleyhinə minaların tapılması onu göstərir ki, qarşı tərəf məkirli əməllərindən əl çəkmir:

"Müharibə bitsə də, Ermənistan hələ də mina istehsal edir və ərazilərimizdə basdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR