ANAMA sədrinə birinci müavini təyin olunub

Bəhruz Məmmədov

© APA | Bəhruz Məmmədov

# 01 fevral 2023 15:27 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, fevralın 1-də Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR