Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri başlayıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, "Anadolu Qartalı-2022"də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət iki Mi-17-1V çoxtəyinatlı helikopterləri də nümayiş olunur.
Builki təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.