Azərbaycan Ordusunda "Snayper hazırlığı" kursu başa çatıb

Azərbaycan Ordusunda "Snayper hazırlığı" kursu başa çatıb
# 15 iyul 2022 18:33 (UTC +04:00)

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər.

Atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək müvəffəqiyyətlə yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR