Ermənilərin Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa istiqamətində qurğular quraşdırmaq cəhdnin qarşısı alınıb

Ermənilərin Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa istiqamətində qurğular quraşdırmaq cəhdnin qarşısı alınıb
# 10 iyun 2023 09:51 (UTC +04:00)

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

APA xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda deyilir. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR