MN-dən sülhməramlıların komandanlığına: Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir

MN-dən sülhməramlıların komandanlığına: Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir
# 05 mart 2023 14:31 (UTC +04:00)

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR