Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin mühəndis təminatı üzrə tədbirlər görülür - VİDEO

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin mühəndis təminatı üzrə tədbirlər görülür - VİDEO
  • Clock-gray 16:57
  • calendar-gray 14 Yanvar 2021

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin   minalardan və partlamamış döyüş susrsatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir.  Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər