Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib

Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
  • Clock-gray 22:32
  • calendar-gray 18 Oktyabr 2019

Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan hərbi idmançılarının da iştirak etdiyi yarışda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçi idmanın 27 növü üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Bu il keçirilən dünya oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük oyunlar olacaq.

Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbirinin rəsmi açılış mərasimində rəsmi qonaqlar, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər də var.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date