Rusiya Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Bakıda görüşüblər

Rusiya Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Bakıda görüşüblər
  • Clock-gray 18:39
  • calendar-gray 10 İyul 2019

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date