Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib – FOTO

Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib – <font color=red>FOTO </font>
# 02 fevral 2011 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib. Bu barədə APA-ya məlumat verən Rəssamlar İttifaqının miniatür sənəti bölməsinin sədri, xalq rəssamı Arif Hüseynov bildirib ki, Ənvər Qarayev uzun sürən xəstəlikdən sonra yanvarın 29-da dünyasını dəyişib. Artıq mərhumun üç mərasimi də keçirilib. 62 yaşında vəfat edən Ənvər Qarayev 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mərhum uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkib. Bir müddət əvvəl isə bu problemlə əlaqədar cərahiyyə əməliyyatı olunub. Ənvər Qarayev yanvarın 30-da Bakıda köhnə qəbirstanlıqda dəfn olunub. Əməkdar rəssam 20 ildən artıq “Göyərçin” jurnalında çalışıb.

Allah rəhmət eləsin!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR