“Jara” Musiqi Festivalına tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək

“Jara” Musiqi Festivalına tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək
# 25 iyul 2019 09:23 (UTC +04:00)

İyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər.

“Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub. Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR