Zülfü Adıgözəlovun 115 illik yubileyi keçirilib - FOTO

Zülfü Adıgözəlovun 115 illik yubileyi keçirilib - <span style="color: red;">FOTO
# 13 iyun 2013 10:15 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı Zülfü Adıgözəlovun 115 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, ssenari müəllifi Hafiz Quliyev olan yubiley mərasimi sənətkarın lent yazısının səsləndirilməsi ilə başlayıb. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığı, muğam sənətinə bəxş etdiyi töhfələrdən danışıb: “Zülfü Adıgözəlov öz sahəsinin mahir bilicisi, Azərbaycan nəsillərinə böyük muğam məktəbi qoymuş sənətkardır”.

Yubiley mərasimində akademik Vasif Məmmədəliyev, xalq artisti Ramiz Quliyev, xanəndənin nəvəsi, dirijor Yalçın Adıgözəlov çıxış edib.

Tədbir Azərbaycan muğam ifaçıları Mənsum İbrahimov, Canəli Əkbərov, Ehtiram Hüseynov və başqalarının konserti ilə davam edib.

Tədbirdə xanəndənin səs yazılarından ibarət “Segah” adlı diskin də təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR