“İşgəncələr məbədi - Şuşa həbsxanası” filminin ictimai müzakirəsi keçirilib - FOTO

“İşgəncələr məbədi - Şuşa həbsxanası” filminin ictimai müzakirəsi keçirilib - FOTO
# 06 iyun 2023 11:19 (UTC +04:00)

Nizami Kino Mərkəzində Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin təqdimatı və ictimai müzakirəsi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində QHT nümayəndələri, mədəni-ictimai şəxslər və media mənsubları iştirak edib.

Filmin müəllifi Mübariz Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, çəkilişlər həm Şuşa, həm də Qobustan həbsxanasında aparılıb. Qobustan həbsxanasında hazırda məhkum olan erməni həbsxana nəzarətçiləri də sənədli filmdə danışdırılıb.

Filmin xronometrajı 36 dəqiqə təşkil edir.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva filmin əhəmiyyətini diqqətə çatdırıb: "Bir neçə gün öncə Şuşa həbsxanasının yaxınlığında tapılan kütləvi məzarlıq filmdəki həqiqətləri bir daha sübut etmiş olur. Film olduqca əhəmiyyətlidir".

Qonaqlar filmə baxdıqdan sonra ümumi müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR