Rusiyada Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq

“Min bir gecə” baletindən səhnə

© APA | “Min bir gecə” baletindən səhnə

# 07 yanvar 2022 12:09 (UTC +04:00)

Bu ilin 22-23 yanvar tarixlərində Rusiyanın Mariinski Teatrının yeni səhnəsində Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə, Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcək.

Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilib. Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirib.

Qeyd edək ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR