Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 15 yanvar 2022 12:46 (UTC +04:00)

Binə qəsəbəsində anbarda baş vermiş yanğın söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

***

12:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 m² sahədə yanğın müşahidə olunur.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR