Füzulidə 7 otaqlı yaşayış evi yanıb

Füzulidə 7 otaqlı yaşayış evi yanıb
# 25 dekabr 2021 08:50 (UTC +04:00)

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 7 otaq və eyvandan ibarət evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin 3 otağının yanar konstruksiyaları, ev əşyaları 50 m² sahədə və dam örtüyünün taxta atmaları 85 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 7 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR