ABŞ-ın vençur fondları Azərbaycan startapları üçün investisiya cəlb edəcək

ABŞ-ın vençur fondları Azərbaycan startapları üçün investisiya cəlb edəcək
# 18 iyun 2020 11:21 (UTC +04:00)

Azərbaycan startapları Silikon Vadisində yerləşən “Draper University”nin keçirtdiyi onlayn proqramın məzunları oldu.

İnnovasiyalar Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, “Vriendly” startapı TOP-25 komanda siyahısına daxil olub, “ABC Planet” startapı isə TOP-3-ün ən güclü və perspektivli startap siyahısında yer alaraq, “Draper University”nin dəstəyi ilə investisiya almaq imkanını qazanıb. Artıq ABŞ-ın bir neçə nüfuzlu vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.

Qeyd edək ki, “ABC Planet” bu ilin may ayında İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama Pre-akselerasiya proqramını bitirən 5 startapdan biridir.

Daha sonra İnnovasiyalar Agentliyinin tərəfdaşı olan beynəlxalq “Scaleink” biznes akselerator platformasına onlayn formada qəbul olunub. “Scaleink” tərəfindən təqdim edilən mentor dəstəyi nəticəsində “Draper University”nin proqramına qoşularaq ilk üçlükdə yer ala biliblər. Hazırda “ABC Planet” və “Vriendly” startapları “Scaleink” platformasında intensiv mentor dəstəyi almağa davam edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR