Aznetdə fişinq hücumlarının sayı azalıb

Aznetdə fişinq hücumlarının sayı azalıb
# 01 dekabr 2020 15:11 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanın ".az" domenində olan saytların hər 78-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 461-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 1,3%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 25,8% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36 minədək sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 204, Rusiyada – 51, Belarusda – 886, Latviyada – 109, Litvada - 43, Estoniyada – 130, Qazaxıstanda – 650, Özbəkistanda – 325, Tacikistanda – 39, Qırğızıstanda – 392, Gürcüstanda – 214, Ermənistanda isə 152 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR