Azərbaycan və Rusiya Samur Hidroqovşağının birgə istismarını müzakirə edib

Azərbaycan və Rusiya Samur Hidroqovşağının birgə istismarını müzakirə edib
# 18 dekabr 2020 12:10 (UTC +04:00)

“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 19-ci görüşü COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də video-konfrans şəklində keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR