Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişinlərin daşınması artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişinlərin daşınması artıb
  • Clock-gray 17:55
  • calendar-gray 17 Noyabr 2020

Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə 2020-ci ilin daşınmış yüklərin həcmi 4 936,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, daşınmış yüklərin 33,4%-ni neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 7 212,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 767,4 min tonunu və ya 93,8%-i tranzit yüklər təşkil edib.

"2020-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 199,3 min ton olub", - məlumatda deylir.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 3,4% artaraq 18,4 min nəfər olub. 

Emil İsmayılov

Digər xəbərlər