Azərbaycanda mobil və sabit internetin sürəti yanvarda artıb

Azərbaycanda mobil və sabit internetin sürəti yanvarda artıb
# 17 fevral 2021 10:40 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 32,78 Mbit/s-ə təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 4,2% artıb.

Cari ilin yanvarında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti 2020-ci ilin dekabr ayının göstəricisi ilə müqayisədə 1,2 azalaraq 14,84 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 46,74 Mbit/s və 12,49 Mbit/s təşkil edib.

Ötən ilin dekabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 2 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (183,03 Mbit/s), Cənubi Koreya (171,26 Mbit/s) və Qətər (170,65 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin yanvar ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,72 Mbit/s, çıxış sürəti isə 24,49 Mbit/s təşkil edib. Bu göstəricilər ötən ilin dekabr ayı ilə müqayisədə müvafiq olaraq 2,5 və 1,1% artıb.

Yanvar ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 175 ölkə arasında 3 pillə irəliləyərək 117-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (247,54 Mbit/s), Honkonq (229,45 Mbit/s) və Tailand (220,59 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 96,98 Mbit/s və 51,28 Mbit/s olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR