Azərbaycanda mobil və sabit şəbəkələr üzrə internetin sürəti açıqlanıb

Azərbaycanda mobil və sabit şəbəkələr üzrə internetin sürəti açıqlanıb
  • Clock-gray 17:21
  • calendar-gray 08 Aprel 2020

Mart ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 27,05 Mbit/s-ə təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, martda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti 14,08 Mbit/s olub. Dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 30,47 Mbit/s və 10,73 Mbit/s təşkil edir.

Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında 66-cı yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Birləşmiş Ərəb Əmirlikləri (83,52 Mbit/s), Cənubi Koreya (81,39 Mbit/s) və Qətər (78,38 Mbit/s) daxil olub.

Reytinqə əsasən, mart ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 19,93 Mbit/s, çıxış isə 21,54 Mbit/s təşkil edib.

Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 74,64 Mb/s və 40,07 Mb/s olub.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan 115-ci yerdədir.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lideri Sinqapur (197,26 Mbit/s), Honkonq (168,99 Mbit/s) və Rumıniya (151,55 Mbit/s) olub.

Hüseyn Vəliyev

Digər xəbərlər