Azərbaycanın xəbər saytlarına kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunub

Azərbaycanın xəbər saytlarına kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunub
# 15 oktyabr 2020 10:57 (UTC +04:00)

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə Azərbaycana qarşı təxribatlarını davam etdirir.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Ermənistan tərəfindən Azərbaycanın bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Bununla əlaqədar, Nazirlik tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinə "1654" qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə məlumat versinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR