"Azəriqaz": Qaz təchizatında ciddi problemlər müşahidə olunmur

"Azəriqaz": Qaz təchizatında ciddi problemlər müşahidə olunmur
# 24 fevral 2021 12:28 (UTC +04:00)

Bakı şəhəri və Azərbaycanın digər rayonlarında qaz təchizatında ciddi problemlər müşahidə olunmur.

Bunu "APA-Economics"ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, bəzi yerlərdən daxil olan müraciətlərdə qaz təzyiq ilə bağlı müəyyən narahatlıqlar ifadə olunur. Lakin operativ olaraq "Azəriqaz"ın işçi qrupları ərazilərə cəlb edilməklə bu problemlər aradan qaldırılır.

"Qaz təchizatı ilə bağlı işlər daimi diqqətdə saxlanılır. Gücləndirilmiş rejimdə çalışmağa davam edirik", - C. Səfərov qeyd edib.

O əlavə edib ki, hazırda respublika ərazisində qaza olan tələbatın artımı müşahidə olunur. Bu ayın 23-ə "Azəriqaz" tərəfindən 32 mln. kubmetr (gündəlik – red.) qaz qəbul olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 mln. kubmetr çoxdur: "Bu gün də ehtimal edirik ki, qəbulda artım olacaq, çünki tələbat çoxalıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR