"Azərsu": Bakıda fasiləsiz su təchizatı 80%-i ötüb

"Azərsu": Bakıda fasiləsiz su təchizatı 80%-i ötüb
  • Clock-gray 12:34
  • calendar-gray 01 Fevral 2021

Görülmüş işlər nəticəsində və istehlakçıların sayının artmasına baxmayaraq, hazırda Bakı şəhərində istehlakçıların 80%-dən çoxu 24 saat fasiləsiz su ilə təmin olunma imkanına malikdir.

"APA-Economics"in məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tariflərin artırılması istehlakçıları su ilə təmin olunmasını yaxşılaşdıracaq.

Qeyd edək ki, bu gündən etibarən bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik təşkil edir.

APA-Economics

Digər xəbərlər