Çində noyabrda mülki aviasiya ilə beynəlxalq poçt daşımalarının həcmi ilin əvvəlindən ilk dəfə artıb

Çində noyabrda mülki aviasiya ilə beynəlxalq poçt daşımalarının həcmi ilin əvvəlindən ilk dəfə artıb
# 17 dekabr 2020 17:40 (UTC +04:00)

Bu ilin noyabr ayında Çində mülki aviasiya tərəfindən beynəlxalq yük və poçt daşımalarının həcmi illik müqayisədə 1,9% artıb. Bu, cari ilin ilk müsbət aylıq artım göstəricisidir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Sinxua" qəzeti Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinə istinadən yazır.

Cari ilin noyabr ayında ölkədə aviasiya daşımalarının ümumi həcmi 8,28 mlrd. ton-km olub ki, bu da keçən ilin eyni ayına nisbətən 77,3% çoxdur.

Çində ötən ay gündəlik uçuşların sayı əvvəlki aya nisbətən 2,3% azalaraq 14 minə düşüb. Noyabrda aviasiya təyyarələri 106 min uçuş saatı keçirib ki, bu da illik ifadədə 9,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR