Elmir Vəlizadə: "Fərdi məlumatlar haqqında hazırlanan yeni qanun layihəsi yeni mühit yaradacaq"

Elmir Vəlizadə: "Fərdi məlumatlar haqqında hazırlanan yeni qanun layihəsi yeni mühit yaradacaq"
# 05 mart 2020 11:00 (UTC +04:00)

Azərbaycanda fərdi məlumatlar haqqında hazırlanan yeni qanun layihəsi ölkədaxili razılaşdırılma proseduru başa çatdıqdan və təsdiq edildikdən sonra ölkədə fərdi məlumatların işlənməsində yeni mühit yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, qanun layihəsində Avropa qaydalarında olan məqamlar əksini tapıb: "Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda Avtomatlaşdırılmış İnformasiya Sistemlərində Fərdi Məlumatların Emalı Konvensiyası qəbul edilib. Həmin il ölkədə "Fərdi məlumatlar haqqında" Qanun qəbul edilib. Bu qanun bilavasitə 1995-ci ildə qeyd olunan sahə üzrə direktivə əsaslanmışdı və hazırda bu qanun qüvvədədir. Lakin Avropa qaydaları ortaya çıxdığı üçün bu qanunun təkmilləşdirilməsi üzərində ötən ilin martından başlayaraq bizim nazirliyin əlaqələndirilməsi ilə aidiyyəti dövlət qurumları cəlb olunmaqla yeni bir qanun layihəsi işlənilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR