"Facebook Messenger"in işində nasazlıq yaranıb

"Facebook Messenger"in işində nasazlıq yaranıb
# 10 dekabr 2020 17:38 (UTC +04:00)

Bir sıra ölkədə "Facebook Messenger" tətbiqinin istifadəçiləri xidmətdə nasazlığı yarandığını bildirib.

"APA-Economics"in "Downdetector"a istinadən verdiyi məlumata görə, "Messenger"in işindəki nasazlıq günün ikinci yarısından başlayaraq Böyük Britaniya, Yunanıstan, Polşa, Belçika, Niderland, Avstraliya və neçə digər ölkədə qeydə alınıb. Eyni hal Azərbaycanın internet məkanında da müşahidə olunur.

"Downdetector"un məlumatına görə, "Messenger" istifadəçilərinin 52%-i mesajın alınması, 31%-i server, 16%-i isə avtorizasiya ilə bağlı problemlərin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR