Hövsan Yaşayış Kompleksində idman-oyun meydançalarının tikintisi ilə bağlı tender keçirilir

Hövsan Yaşayış Kompleksində idman-oyun meydançalarının tikintisi ilə bağlı tender keçirilir
# 21 iyul 2020 14:45 (UTC +04:00)

"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində əlavə süni örtüklü metal torla hasarlanmış idman-oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üzrə tender elan edib.

APA-Economics” xəbər verir ki, bu barədə Tender Komissiyasının dərc etdiyi məlumatda deyilir.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər, avqustun 19-dək, təkliflər isə avqustun 27-dək təqdim edilməlidir. Tenderdə iştirak haqqı 500 manat təşkil edir. Təkliflər zərfləri avqustun 28-də açılacaq.

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksi ümumilikdə 2 962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR