"Maersk": Süveyş kanalında problemlərin aradan qaldırılmasına bir neçə ay lazım olacaq

"Maersk": Süveyş kanalında problemlərin aradan qaldırılmasına bir neçə ay lazım olacaq
# 29 mart 2021 16:10 (UTC +04:00)

Süveyş kanalının bloklanması nəticəsində yaranan fasilələr və gecikmələrdən sonra qlobal dəniz daşımalarının bərpası prosesi həftələr, hətta aylar çəkə bilər.

Bu barədə "APA-Economics" Danimarkanın "Maersk" gəmiçilik şirkətinə istinadən xəbər verir.

"Bloklanma artıq bir sıra fasilələrə və qlobal tədarükün gecikməsinə gətirib çıxarıb, bunun aradan qaldırılması həftələr, hətta aylar çəkə bilər", - məlumatda deyilir.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə kanalla hərəkət bloklanıb və 100-ə gəmi öz keçidini gözləyir.

Bu gün bildirilib ki, gəmi artıq saydan çıxarılıb və kanalda bloklanmanın aradan qaldırılması üzrə operasiya başa çatıb. Kanala gəmilərin normal qaydada hərəkət etməsinin tam bərpası bir neçə gün tələb edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR