NRYTN şəhid övladlarını sevindirib - FOTO

NRYTN şəhid övladlarını sevindirib - FOTO
# 12 noyabr 2020 14:16 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Kontakt Home" mağazalar şəbəkəsi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, şəhidlərin əmanəti olan övladlar ziyarət olunub və onlara noutbuklar hədiyyə edilib.

Ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.

Qeyd edək ki, nazirlik mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR