Pandemiya şəraitində dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqi açıqlanıb - TOP-10

Pandemiya şəraitində dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqi açıqlanıb - TOP-10
  • Clock-gray 17:20
  • calendar-gray 23 Noyabr 2020

"Safe Travel Barometer" layihəsi yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqini tərtib edib.

"APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, siyahı hazırlanarkən mütəxəssislər səyahətin hər mərhələsində (aeroport, təyyarə, hotel və muzeydə) sərnişinlərin təhlükəsizliyini qiymətləndirib. İlk belə siyahı uçuşlarında maksimum təhlükəsizlik tədbirləri həyata keçirən hava daşıyıcılarının reytinq olub.

Siyahının ilk pilləsində mümkün 5 baldan 4,4 bal toplayan "Emirates" aviaşirkəti qərarlaşıb. İlk üçlüyə daha iki Yaxın Şərq aviadaşıyıcısı daxil olub – "Etihad" (4,3 bal) və "Qatar Airways" (4,2 bal).

Qeyd edək ki, "Safe Travel Barometer" layihəsinə 2020-ci ildə turistlərin və sərnişinlərin sağlamlığı və təhlükəsizliyini izləmək məqsədilə start verilib. 

Pandemiya şəraitində dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqi: 

#

Aviaşirkət

Ölkə

Bal

1

Emirates

BƏƏ

4,4

2

Etihad

BƏƏ

4,3

3

Qatar Airways

Qətər

4,2

4

Singapore Airlines

Sinqapur

4,1

5

Vistara

Hindistan

4,1

6

Air France

Fransa

4,1

7

Delta Air Lines

ABŞ

4,1

8

Air China

Çin

4,1

9

Lufthansa

Almaniya

4,1

10

Iberia

İspaniya

4,1

APA-Economics

Digər xəbərlər