Rusiya Azərbaycan sərhədinədək avtomobil yolunu təmir edəcək

Rusiya Azərbaycan sərhədinədək avtomobil yolunu təmir edəcək
# 29 iyun 2020 11:46 (UTC +04:00)

Rusiyanın "Qafqaz" magistralı ilə Stavropol şəhərini birləşdirən avtomobil yolunun bir hissəsinin təmiri bu il başlayacaq və 2021-ci ilin payızında başa çatacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS "Qafqaz" Federal Avtomobil Yolları İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, "Qafqaz" R-217 magistral avtomobil yolunun Stavropola girişində yerləşən və "Tatarka" yaşayış məntəqəsindən yan keçən hissəsinin təmirinə bu ilin III rübündə başlanılacaq və gələn ilin III rübündə başa çatdırılacaq.

"Qafqaz" R-217 yolu Rusiyanın Krasnodar vilayətinin ərazisində başlayır və Azərbaycan Respublikası ilə sərhədə qədər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR