ADY: Azərbaycanda yük daşımalarının həcmi 54 mln. tona çatdırıla bilər

ADY: Azərbaycanda yük daşımalarının həcmi 54 mln. tona çatdırıla bilər
# 02 iyun 2023 12:19 (UTC +04:00)

Azərbaycanda dəhlizlər üzrə yük daşımalarının həcmini 54 milyon tona çatdırmaq imkanları var.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.

O bildirib ki, hazırda Şərq-Qərb dəhlizi üzrə tranzit yük daşımaların həcmi 15 milyon tondur.

"Azərbaycan Dəmir Yolları əsas operator olaraq həm Şərq-Qərb, həm də Şima-Cənub dəhlizlərinin ölkə üzrə inkişafına töhvə verməyə çalışır.
Yerli tərəfdaşlar, eyni zamanda qonşu ölkələrlə qurulan kommunikasiya daşımaların həm çatdırılma tarifinin, həm də çatdırılma müddətinin azaldılmasına təsir edib" - Emil Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR