Azərbaycan Tehranda keçirilən "Elecomp – 2019" sərgisində Milli Pavilyonla təmsil olunur

Azərbaycan Tehranda keçirilən "Elecomp – 2019" sərgisində Milli Pavilyonla təmsil olunur
# 19 iyul 2019 09:53 (UTC +04:00)

Azərbaycan Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət Sərgisində (“Elecomp – 2019”) iştirak edir.

APA-Economics”in Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan “Elecomp – 2019”da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi altında İrana səfər edən nümayəndə heyəti sərginin açılış mərasimində iştirak edib. Bundan başqa, Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş tur çərçivəsində yüksək səviyyəli rəsmilər Azərbaycanın Milli Pavilyonunu ziyarət ediblər.

Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib.

Pavilyonun ziyarətçilərinə həmçinin, poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR