Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə Türkiyəyə yardım yola salınıb - FOTO

Azərbaycanda dəmir yolu ilə Türkiyəyə yardım yola salınıb - FOTO
# 16 fevral 2023 15:45 (UTC +04:00)

Biləcəri dəmir yolu stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət humanitar yardım yola salınıb.

APA-Economics”in verdiyi xəbərə görə, humanitar yardımın yola salınması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak ediblər.

Məlumata görə, yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.

Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.

Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR