Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı sorğuları kəskin artıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı sorğuları kəskin artıb
  • Clock-gray 14:10
  • calendar-gray 02 Oktyabr 2019

Bu ilin sentyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı avqust ayı ilə müqayisədə 63,2% artaraq 457 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, sentyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 92,1%-nə baxılıb və təmin edilib. 

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 27 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin sentyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2 966 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,3%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 189 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-sentyabr ayları ərzində Azərbaycanın internet seqmentində 35 domen və 73 subdomen qeydiyyata alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date