Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür - FOTO

Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür - FOTO
# 01 avqust 2019 16:42 (UTC +04:00)

Bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi 80 yaşını qeyd edir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə xüsusi rabitə xidmətinin yaradılması 1 avqust 1939-cu ilə təsadüf edir.

Mərkəzi Xüsusi Rabitə İdarəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanun”u ilə qorunan (xüsusi əhəmiyyətli, tam məxfi, məxfi) məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin, eləcə də xidməti istifadə üçün qeydli roçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahibinə çatdırılmasını həyata keçirir.

Müstəqillik dövründə xüsusi rabitənin yaradılmasının 60, 65, 70, 75 illik yubileyləri ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xidmətdə fərqlənən xüsusi rabitə xidməti əməkdaşlarından 1 nəfəri Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi” medalına, 2 nəfəri NRYTN-in “Rabitə ustası” fəxri adına layiq görülüb.

Eyni zamanda, bir neçə əməkdaş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərroçt” MMS və Mərkəzi Xüsusi Rabitə İdarəsinin Fəxri fərmanları ilə təltif olunub.

Bu ənənə 80 illik yubileydə də davam etdirilib. Belə ki, bu münasibətlə Mərkəzi Xüsusi Rabitə İdarəsinin 4 əməkdaşı “Əmək veteranı”, 2 əməkdaşı “Rabitə ustası” fəxri adına, 11 əməkdaşı NRYTN-in Fəxri Fərmanına, 12 əməkdaşı isə “Azərpoçt” MMS-nin Fəxri Fərmanına layiq görülüb.

Mərkəzi Xüsusi Rabitə İdarəsinin əməkdaşları bundan sonra da öz ləyaqətli xüsusi rabitəçi peşəsinə sadiq qalaraq, dövlətimizə daha məsuliyyətlə xidmət göstərəcəklərinə əmindirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR