"Azercell" hazırda Türkiyədə olan abunəçilərinin nömrələrinə internet paketi yükləyib

"Azercell" hazırda Türkiyədə olan abunəçilərinin nömrələrinə internet paketi yükləyib
# 27 sentyabr 2019 11:11 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom" şirkəti Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə əlaqədar hazırda bu ölkədə səfərdə olan abunəçilərinin nömrələrinə 400 MB internet paketi yükləyib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Türkiyədə səfərdə olan abunəçilərin nömrələrinə internet paketlərinin yüklənməsi İstanbul şəhərində qeydə alınan yeraltı təkanlarla əlaqədar olaraq, ailələri və yaxınları ilə kəsintisiz əlaqəni təmin etmək məqsədi daşıyır.

"Təcili hallarda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə müraciət etməyiniz xahiş olunur”, - deyə “Azercell” dən bildirilib.

Qeyd edək ki, ötən gün İstanbulda zəlzələ baş verib. Avropa Ağdəniz Seysmoloji Mərkəzi zəlzələnin 5,9 bal gücündə, Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) 5,8, Qəndil Rəsədxanası isə 5,7 bal gücündə olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR